25 May 2022 19:26
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Türkiyədə səfərdədir.

Teleqraf.com xəbər verir ki, generalın rəhbərlik etdiyi şəxsi heyət Türkiyənin Konya şəhərində keçirilən ənənəvi "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimlərini izləyib.

Xatırladaq ki, builki manevrdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir. Təlim mayın 27-dək davam edəcək.


Müəllif: Mənbə/Report