26 May 2022 12:12
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir millət, iki dövlət olaraq qardaşlığımız bir neçə dəfə sınandı və hər dəfə könül bağımız daha da gücləndi. Qarabağ qardaşlığımızın zirvəsidir.

Teleqraf.com xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan”ın açılışında deyib.

Bayraktar bildirib ki, Azərbaycan və Türkiyə pis gündə də, yaxşı gündə də birlikdədir və hər zaman bir olacaq:

"Bəxtiyar Vahabzadənin dediyi kimi bizlər ət və dırnaq kimi ayrılmaz qardaşıq.

Bir ananın iki oğlu
Bir amalın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan -Türkiyə".

TEKNOFEST uşaqların və gənclərin xəyalları önündə məhdudiyyət olmamaması üçün həyata keçiririk. Türk qırıcıları əzmi ilə nələr edəcəyini bütün dünyaya nümayiş etdirəcək. Şuşaya, can Azərbaycanın hər bir yerinə salamlarımı çatdırıram. Bakıda, qardaşlarımızla birlikdə olmağa məmnunam.

1918-ci ildə Bakını İstanbuldan ayrı görməyən Nuru Paşa komandalığında Qafqaz İsıam Ordusu da, Qarabağa xidmət edən milli PUA-ları yaradan türk mühəndisləri də eyni ruhu rəhbər tutdu. Bizim də ürətimizdə bir yara olan Qarabağ, eyni zamanda qardaşlığımızın zirvəsidir.

Ruhlarınız şad olsun. Bu vəsilə ilə Qarabağı təkrar vətən torpağı halına gətirən, zəfərin memarı olan şəhidlərimizi anmaq istəyirəm. İnşallah dünya üzərində son günümüzə qədər bir yerdə olmağa davam edəcəyik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər