Prezident Rəcəb Tayyib Ərdoğan TEKNOFEST işığını dünyaya daşıyacağıq deyəndə ilk dayanacağımız can Azərbaycan oldu.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Sənaye və Texnologiya naziri Mustava Varanq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılış mərasimində deyib.
O bildirib ki, bu gün Türkiyə ilə yanaşı, Azərbaycan və bütün türk dünyası adına qürur hissi keçirir:
"Bu gün qardaş ölkələrin birliyindən doğan atəş türk dünyasını saracaq. Burada olan gənclərə səslənirəm, sizin yerinizdə olsam, burada yatar, burada oyanardım. Hər bir detalı incələyib, qeydlər aparardım. Burada var olmaq böyük şansdır. "TEKNOFEST Azərbaycan"ın təşkilinə dəstək olan İlham Əliyevə, Rəqəmsal Rabitə və İnkişaf Naziriliyinə və digər əməyi keçən kəslərə təşəkkür edirəm.
Biz Azərbaycan və Türkiyə üçün hədəf seçdik. Bizim müstəqilliyimizin sirri texnologiya həmləsidir. Milli texnologiya həmləsi ilə bizə qarşı olan ölkələrə meydan oxuduq. Bu gün bizə PUA satmayan ölkələr texnologiyamızı almaq üçün sırada gözləyirlər. Bunun əsas sirri əzmimiz, idarəmizdir.
Gənclərə yol göstərsəniz, bacarmayacaqları heç nə yoxdur. Bu festivalda hər il yüz minlərlə övladımız iştirak edir. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında mükafatları birbaşa qardaş ölkələrin prezidentləri təqdim edəcək.
Şübhəsiz ki, TEKNOFEST Türkiyədən sonra Azərbaycanda da tarixə keçəcək. Biz texnologiya baxımından müstəqil ola bilməməyin mənfi tərəflərini yaşamışıq. Bu gün Bakıda sadəcə festival təşkil etmirik. Dünyaya bir millət, iki millət şüarımızı bir ç daha çatdırırıq. Eşq olsun Azərbaycan, eşq olsun, Türkiyə!"