26 May 2022 16:17
12 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Bakı səmasında hava şousu nümayiş olunur.

Teleqraf.com xəbər verir ki, Azərbaycan və Türkiyə şahinləri nəfəs kəsən hava şousunu təqdim edir.
Qeyd edək ki, aviaşou axşam saat 18:00-dək davam edəcək.

13:28

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində aviaşou başlayıb.

Teleqraf.com xəbər verir ki, hazırda Azərbaycan və Türkiyənin milli şahinləri Bakı səmasındadır.

Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 və MİQ-29 qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəs kəsən hava şousu təqdim edilir.

Festival çərçivəsində pilotların iştirakı ilə keçirilən aviaşou mötəbər tədbirin ən yaddaqalan hadisələrindən biridir, insanlar bunu böyük maraq və həyəcanla izləyirlər. Milli şahinlərimiz qardaş Türkiyənin pilotları ilə yanaşı, mürəkkəb manevrlərin öhdəsindən layiqincə, cəsarətlə, qətiyyətlə gəlir və tamaşaçıları heyrətləndirirlər.


Müəllif: Aysel Azad, Foto: Ceyhun Rəhimov