28 Noyabr 2014 12:56
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru Zeynal Əkpərov Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) Genetik Ehtiyatlar Bölməsinin aparıcı mütəxəssisi Dr.Məhəmməd Favzi Navar və bitki genetik ehtiyatlarının (BGE) sənədləşdirilməsi üzrə tanınmış mütəxəssis, Polşalı alim Dr.Yan Konopkanı qəbul edib.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, BGE üzrə Beynəlxalq Etimad Fondunun dəstəyi ilə baş tutan görüşdə məqsəd Azərbaycanın BGE üzrə informasiya sistemi və Milli Genbankın məlumat bazası ilə yaxından tanışlıq, sistemin daha da inkişaf etdirilməsi və dünya şəbəkələrinə inteqrasiyası, müvafiq sahələrdə beynəlxalq təşkilatlarla birgə aparılan tədqiqatların və əməkdaşlığın dərinləşdirilməsi olub.

Z.Əkpərov institutda müvafiq sahələrdə görülən işlər, əldə edilən uğurlarla qonaqları tanış edərək, burada beynəlxalq təşkilatlarla əməkdaşlığa ciddi önəm verildiyini xüsusi vurğulamışdır. Qonaq alimlər GEİ-də və Milli Genbankda informasiya texnologiyalarının intensiv tətbiqindən və yerli mütəxəssislərin işindən məmnun olduqlarını bildiriblər, BGE-nin sənədləşdirilməsi üzrə Azərbaycanda toplanmış zəngin təcrübənin yayılmasının vacibliyinə diqqəti çəkiblər.

Növbəti mərhələdə informasiya sistemində genomiks məlumatlarının, molekulyar səviyyədə aparılan tədqiqatların nəticələrinin yer alması ilə bağlı institutun planlarını alqışlamış, bu işdə beynəlxalq təşkilatların dəstəyinə çalışacaqlarını bildiriblər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər