27 May 2022 10:27
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı öz işinə bu gün də davam edir.

Teleqraf.com xəbər verir ki, gün ərzində festival iştirakçılarına müxtəlif aviaşoular, robot şou, külək tunelində şoular nümayiş olunacaq.

Günün sonunda isə hər kəsi maraqlı lazer şou gözləyir.

Qeyd edək ki, “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Səlçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunur. Azərbaycanda “TEKNOFEST Azərbaycan”nın təşkilatçılığı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.
26 may başlayan festival mayın 29-una qədər davam edəcək. Festivalda iştirak üçün 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.


Müəllif: Aysel Azad