27 May 2022 11:10
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 17 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

2. İnzibati Prosessual Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

3. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

4. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

5. “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).

6. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

7. Şəhərsalma və Tikinti Məcəlləsinə, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).

8. “Elektroenergetika haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

9. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlara dəyişiklik layihəsi (ikinci oxunuş).

10. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

11. Cinayət Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

12. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

13. “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlara dəyişiklik layihəsi (birinci oxunuş).

14. “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

15. Mülki Məcəlləyə, Miqrasiya Məcəlləsinə, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlara dəyişiklik edilməsi layihəsi (birinci oxunuş).

16. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

17. “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər