27 May 2022 23:53
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdakı şəhər ippodromunun rəhbərliyi "Xan Xan" Atçılıq İdman Klubuna aid cins atları "evsiz" qoymaq istəyir.

Redaksiyamıza müraciət edən klubun rəhbəri Rəşad Əhmədov bildirib ki, şəhər ippodromunda Gənclər və İdman Nazirliyinin balansında olan tövlədə rəhbərlik etdiyi kluba məxsus Qarabağ atını tövlədən çıxarıblar.

"İppodrom Kənd Təsərrüfatı Nazirliyinin balansındadır. Müqavilə ilə Azərbaycan Atçılıq Federasiyasına verilib. İppodromda Gənclər və İdman Nazirliyinin də tövlələr mövcuddur. Onları Atşılıq məktəbinin müdiri Kərim Zamanov idarə edir. Bu gün Kərim müellimin göstərişi ilə Rüstəm adlı işci "Kəşmir" ləqəbli atımı tövlədən çıxarıb. Zəng edib mənə dedi iki, digər atlarını da tövldən çıxart. Yerlərinə ot yığılacaq. Dünyanın heç bir ölkəsində atların duracaq yerine ot yığılmır. Biz dəfələrlə müraciət edib bildirmişik ki, bizim atları Gənclər və İdman Nazirliyinin tövlələrinə salmayın. Kənt Təsərrüdfatı Nazirliyinin rövlələrində qalsın. Təəssüflər olsun ki, müraciətimizə baxılmayıb".

Klub rəhbəri saytımız vasitəsilə həm Kənd təsərrüfatı naziri İnam Kərimov, həm də Gənclər və idman naziri Fərid Qayıbova müraciət edib: "Xahiş edirik ki, atlarımızın balansınızda olan tövlələrdə qalmasına göstəriş verəsiniz. Biz, at yetişdiricilərinin hüquqlarının tapdalanmasına imkan verməyin".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər