27 May 2022 12:16
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Aprel ayında gecə klubunda baş vermiş partlayışdan sonra aidiyyəti dövlət qurumlarının birgə yaradılmış işçi qrupunun obyektlərə baxışı davam edir. Bu günə qədər 2600-ə yaxın obyektdə yoxlanış keçirilib".

Teleqraf.com xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyasında deyib.

Şöbə rəisi qeyd edib ki, yoxlamalar regionlar da daxil olmaqla Bakı və Abşeronu əhatə edir: "Qazdan istifadə qaydasında ən çox pozuntu paytaxtın payına düşür. Artıq yoxlamalar mütəmadi hal aldığı üçün əksər obyekt sahibləri əvvəlcədən tədbir görmüş olurlar. Bəzi obyekt sahibləri isə heç bir pozuntuya yol vermədiyi üçün yoxlanış rahat başa çatır.

Araşdırma zamanı 420 müəssisədə qazdan istifadə qaydası pozulub. Ümumi olaraq 290 halda sayğacı çıxarıb təbii qazdan istifadə halı aşkarlanıb".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər