Oxşar xəbərlər
28 may tarixi üzrə "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalının proqramında dəyişiklik edilib.
Teleqraf.com xəbər verir ki, 28 may tarixi üzrə "TEKNOFEST Azərbaycan"a bilet əldə etmiş izləyicilər saat 20:30-dan sonra festivala daxil ola biləcəklər.
28 May - Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində möhtəşəm konsert proqramı keçiriləcək. Konsert saat 21:00-da başlayacaq, saat 23:00-da başa çatacaq.
Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq. Bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın keçirildiyi əraziyə daxil ola biləcəklər.