28 May 2022 13:46
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Qobustan həbsxanasında əfv sərəncamının icrası həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, sərəncam bu həbsxanada saxlanılan məhkumlardan 2 nəfərə şamil olunub.

Onlardan biri 23 il həbsxana həyatı yaşayan ömürlük məhkum, iş adamı Şəmsi Səmədzadədir.

Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi. O, müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış sahibkar olub.

Şəmsi Səmədzadə 1966-ci ildə Göyçə mahalında doğulub.

Həbsxanada daha bir məhkuma əfv olunduğu üçün sənəd verilib. Müddətli cəza almış məhkum Nurəddin Mustafayev də həbsxanadan azadlığa buraxılıb.

Pentensiar xidmətin rəis müavini Oqtay Məmmədov bildirib ki, əfv sərəncamına əsasən 168 nəfər həbsdən dərhal azad edilib, 30 nəfərin cəzası aşağı salınıb.

Ombudsman Səbinə Əliyeva deyib ki, prezidentin sayca 68-ci əfv sərəncamında bir nəfər ömürlük cəza çəkən şəxs var: "İlk dəfədir ömürlük cəza çəkən şəxs azad edilir. Bundan əvvəl də ömürlük cəzaçəkənlər əfv olunub, sadəcə onların cəzası yarıbayarıya aşağı salınıb. Amma ilk dəfə məhkum dərhal həbsdən azadlığa buraxılır. Məhkumu və ailəsini təbrik edirəm".

Daha sonra tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri, hüquq müdafiəçiləri əfv sərəncamının icrasını alqışlayıblar. Əfv olunan Şəmsi Səmədzadə və digır məhkumu, onların ailə üzvlərini təbrik ediblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər