28 May 2022 17:27
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada 2 597 nəfər vaksinasiya olunub.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 349, ikinci doza vaksinlərin sayı 235 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 812-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 201 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 721 257, birinci doza peyvəndlərin ümumi sayı 5 347 500, ikinci doza vaksinlərin sayı 4 848 697 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 279 418, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 245 642 olub.


Müəllif: Teleqraf.com