28 Noyabr 2014 16:06
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əlilliyin qarşısının alınması, əlillərin sosial reabilitasiyası və sosial müdafiə haqqında” yeni qanun layihəsi hazırlamağı və bununla bağlı ictimai dinləmələır keçirməyi nəzərdə tuturuq.

Bunu jurnalistlərlə açıqlamasında Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədrinin qeyd etdiyinə görə, ilkin olaraq bu yöndə müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin hazırlanması qərara alınsa da, sonradan tam yeni qanun layihəsinin işlənilib hazırlanması məqsədəuyğun sayılıb:

“Bildiyiniz kimi, komitəmizin iki üzvü Yaqub müəllim və Sevinc xanım bu məsələni gündəmə gətiriblər. Biz əgər mövcud qanuna dəyişikliklərlə bağlı qanun layihəsini hazırlasaq, bütün məsələləri orada əhatə edə bilməyəcəyik, ona görə də bu yöndə tam yeni qanun layihəsi üzərində işləməyi nəzərdə tuturuq.
Onu da deyim ki, bununla bağlı Nazirlər Kabineti, həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlər görülür. Odur ki, dekabrın 10-da bu yöndə qanun layihəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də QHT-lərlə birgə ictimai dinləmələr keçirməyi nəzərdə tuturuq”.

Nemət


Müəllif:

Oxşar xəbərlər