4 İyun 2022 11:40
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası iyunun 6-sı və 10-u tarixlərində daha 5 rayonda qurulacaq.

Bu barədə Teleqraf.com-a İstehsalat Birliyindən məlumat verilib.

Aksiya həftənin birinci günü saat 12:00-dan 13:00-dək Ağsu rayonunda (M.Ə. Rəsulzadə küçəsi, İstirahət Parkı), ikinci günü saat 11:00-dan 12:00-dək Qobustan rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 12:00-dan 13:00-dək Şamaxı rayonunda (S.Ə.Şirvanı küçəsi 74, Tarix-Diyarşünaslıq Muzeyinin qarşısındakı park), 4-cü günü saat 12:00-dan 13:00-dək Ucar rayonunda (Heydər Əliyev Parkı) və 5-ci günü isə saat 12:00-dan 13:00-dək İsmayıllı rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Müəllif: Yeganə Oqtayqızı