10 İyun 2022 11:38
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ildə Azərbaycanın təhsil müəssisələrində 90 ölüm halı baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib.

Ölüm hallarının 57-si bakalavriat, 6-sı magistratura, 16-sı tam orta ixtisas, 11-i isə ümumi orta ixtisas bazası üzrə oxuyanlar arasında olub.

Ötən il həmçinin 5610 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə, 732 nəfər təhsil müəssisəsinin fəaliyyətinin dayandırılmasına, 1483 nəfər digər təhsil müəssisəsinə köçürülməyə görə xaric edilib.

Eyni zamanda, 2021-ci ildə akademik borca görə təhsil müəssisələrindən xaric edilənlərin sayı 321 nəfər olub.

Ötən il tələblərin 98-i təkrar kursda saxlanılıb.


Müəllif: Teleqraf.com