10 İyun 2022 11:53
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin yanvar-may ayları ərzində "Azəriqaz" İstehsalat Birliyinin boru xəttləri üzrə 4 milyard 207 milyon kubmetr təbii qaz qəbul edilib.

Teleqraf.com xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.

O qeyd edib ki, bu, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə qaz qəbulunda 329 milyon kubmetr artım deməkdir:

"Bu ilin beş ayında qəbul olunmuş qaz həcmi 1 milyard 66 milyon kubmetr sənaye xəttləri üzrə, 3 milyard 141 milyon kubmetri isə əhali xəttləri üzrə olub.

2021-ci ilin yanvar-may aylarında əhali xəttləri üzrə azalma 24 milyon kubmetr, sənaye xəttləri üzrə artım 353 milyon kubmetr olub.

O cümlədən, bu ilin may ayı ərzində 390 milyon kubmetr təbii qaz qəbul olunub. Ötən ay qəbul edilən qazın 176 milyon kubmetri sənaye xəttləri üzrə, 214 milyon kubmetri əhali xəttləri üzrə olub.

Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon kubmetr artım deməkdir. Ondan əhali xəttləri üzrə artım 26 milyon kubmetr, sənaye xəttləri üzrə azalma 18 milyon kubmetr olub".


Müəllif: Yeganə Oqtayqızı