22 İyun 2022 01:51
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən çox qadınlarda rast gəlinən və qorxu yaradan, amma qaçılmaz ölüm riski olmayan xərçəng növlərindən biri də döş xərçəngidir.

Teleqraf.com xəbər verir ki, vacib olan məqam xəstəliyi erkən aşkarlamaqdır.

Döş xərçənginin ən bariz əlaməti şişkinlikdir. Digər əlamətlərə isə dərinin xırdalanması, döş və ya döş giləsində ağrı, döş giləsinin geri çəkilməsi, qızarmış, quru, qabıqlı və ya qalınlaşmış döş giləsi və ya döş dərisi, körpücük sümüyü və ya qolun altında şişmiş limfa düyünləri aiddir.

Qadınlar bu əlamətləri hiss etdiyi halda dərhal müayinə olunmalıdırlar. Lakin xərçəng diaqnozu qoyulsa belə, qəti şəkildə qorxuya qapılmayın. Döş xərçəngi diaqnozu qoyulan xəstələrin 90 faizi yaşamağa davam edir.


Müəllif: Aysel Azad