15 İyun 2022 14:37
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Naxçıvana təyyarəyə bilet tapılmır. Onlarla adam zəng edib köməklik istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin üzvü Fazil Mustafa deyib.

Deputat vəziyyəti dərəbəylik adlandırıb: “Biriləri kimsənin rəyini soruşmadan bilet qiymətini qaldırır, biriləri təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin, əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir.

Günlərlə kassa qarşısında növbəyə durub 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı? Sadəcə ayıb olsun, ar olsun deyirəm! Onsuz da otuz ildir blokadanın əziyyətini çəkir Naxçıvan camaatı. Erməninin verdiyi əziyyət yetərli deyilmi? Təcili əlavə təyyarələr ayırın, bu məsələni dərhal həll edin”.


Müəllif: Yeganə Oqtayqızı