30 Noyabr 2014 17:49
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qətərdəki səfirliyi bu ölkənin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaiti ilə görüş keçirib. Səfirlikdən Teleqraf.com-a bildiriblər ki, görüşdə nazir Cassim Saif Əhməd Al-Sulaitiyə ölkəmizin nəqliyyat infrastrukturu barədə məlumat verilib.

Bildirilib ki, 2011-ci ildə Azərbaycanın nəqliyyat nazirinin Qətər dövlətinə etdiyi rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Cassim Saif Əhməd Al-Sulaiti yeni formalaşan nazirliyin beynəlxalq əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

O, Qətər Dövlətinin Baş naziri ilə keçirdiyi görüşdə Azərbaycan Respublikasının da əməkdaşlıq üçün prioritet ölkələr sırasına daxil edilməsinin tövsiyə olunduğunu bildirib. O, qarşılıqlı sərmayə imkanları, biznes dairələrinin əməkdaşlığı və təcrübə mübadiləsinin aparılması məqsədilə yaxın gələcəkdə ölkəmizə səfər etmək niyyətində olduğunu deyib.


Müəllif:

Oxşar xəbərlər