16 İyun 2022 14:36
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatalada itkin düşən hindistanlı turistin axtarışı barədə məlumat yayıb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, 13 may 2022-ci il tarixində Zaqatala rayonu ərazisində itkin düşmüş Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışları davam etdirilir.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən həyata keçirilir.


Müəllif: Teleqraf.com