17 İyun 2022 13:20
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi ilə bağlı daha bir məlumat yayıb.

ANAMA-ın Mətbuat Xidməti Teleqraf.com-a bildirilib ki, bu gün rayon ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan Agentliyin bir neçə əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilir, onlara psixoloji dəstək göstərilir.

Qeyd edək ki, iyunin 17-də agentliyin əməkdaşı, 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Nəticədə R.Vəliyev rayon xəstəxanasına yerləşdirilib, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olununub. Hazırda vəziyyəti sabitdir.


Müəllif: Teleqraf.com