17 İyun 2022 13:16
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin (BDU) müəlliminin pul almaq məqsədi ilə tələbələri kütləvi şəkildə imtahandan kəsdiyi barədə məlumatlar yayılıb. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələrii kafedra müəllimi Sədaqət Əhmədovanın səsini yayaraq onun bu davranışını ifşa ediblər.

Tələbələr iddia edirlər ki, müəllim imtahandan kəsilən zaman tələbələrin üç-beş min manat arası pul ödəyəcəyi təqdirdə onları imtahandan keçirəcəyini bildirib.

Məsələ ilə bağlı BDU-nun mətbut xidmətindən Teleqraf.com-a bildirilib ki, araşdırma aparılır:

“BDU-da son üç ildə daxili mühitin saflaşdırılması, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin olunması və neqativ hallarla mübarizə aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu məsələdə tələbələri, müəllimləri və bütünlükdə ictimaiyyəti universitetə dəstək olmağa çağırırıq. Sözügedən məsələnin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.


Müəllif: Aysel Azad