17 İyun 2022 22:55
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev vəfat edib.

Teleqraf.com xəbər verir ki, o, 81 yaşında dünyasını dəyişib.

Mərhum sabah Gəncədə torpağa tapşırılacaq.

Qeyd edək ki, Abdullayev Müzamil İmran oğlu 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

Müzamil Abdullayev 1941-ci ildə Gəncə şəhərində anadan olub. 1996-ci ildə “Surət Hüseynov olayı”na görə vətənə xəyanət ittihamı ilə təqsirləndirilən eks-nazirə əvvəlcə ölüm hökmü kəsilib, sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Daha sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə isə ölkə başçısının əfv fərmanı ilə azadlığa buraxılıb.


Müəllif: Teleqraf.com