18 İyun 2022 09:39
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əcnəbi səyahətçilər Zəngilan rayonunun Ağalı kəndində olublar.

Teleqraf.com xəbər verir ki, 10 ölkədən olan səyahətçilər və bloqerlər iki gün ərzində Füzuli, Şuşa, Kəlbəcər, Laçını ziyarət ediblər və bu gün Zəngilandadırlar.

Qonaqlara Zəngilanın Ağalı kəndi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kompleks 200 evdən ibarətdir və onların planlaşdırılmasında bir çox ölkələrin təcrübəsindən istifadə olunub. Həmçinin vurğulanıb ki, “Ağıllı kənd” konsepsiyasında yaşayış kompleksinin, sosial xidmətlərin, istehsal müəssisələrinin yaradılması və alternativ enerji mənbələrindən istifadə nəzərdə tutulur.

Qafqazda ilk “Ağıllı kənd” konsepsiyasının yaradılması üçün Hindistan, İsrail və digər ölkələrin zəngin təcrübəsindən istifadə edilib.


Müəllif: Teleqraf.com