21 İyun 2022 10:00
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin tərbiyə müəssisəsində cəzaçəkən yeniyetmələrin qaçmağa cəhd etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Teleqraf.com xəbər verir ki, bunu Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyib.

O bildirib ki, yayılan məlumatlar yalandır: Bəzi KİV-də yayılan bu məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlar təmamilə cəfəngiyyatdır. Nəinki tərbiyə müəssisələrində, heç bir digər müəssisədə belə bir hal olmayıb".

Xatırladaq ki, bəzi saytlarda və sosial şəbəkələrdə Penitensiar Xidmətin tərbiyə müəssisəsində cəza çəkən şəxslərin bir neçəsinin müəssisədən qaçmağa cəhd etməsi ilə bağlı məlumatlar yayılıb.


Müəllif: Mənbə/Trend