22 İyun 2022 12:33
283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkənddə Özbəkistan və Azərbaycanın media qurumları arasında memorandum imzalanıb.

Bu barədə Teleqraf.com-a Medianın İnkişafı Agentliyindən məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu” imzalanıb.

Memorandumu MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov və Özbəkistanın Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev imzalayıblar.


Müəllif: Teleqraf.com