22 İyun 2022 13:30
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə layihəni birinci oxunuşda müzakirəyə çıxarıb.

Teleqraf.com-un məlumatına görə, spiker Sahibə Qafarova deyib ki, gündəliyin son 5 qanun layihəsi Azərbaycan Prezidentinin təşəbbüsü ilə parlamentə daxil olub.

Daha sonra vitse-spiker qanun layihələrinə olan dəyişiklər barədə məlumat verib.

Qeyd edək ki, dəyişikliklərlə vahid əməkhaqqına keçid nəzərdə tutulur. Qanun layihələri dövlət orqanlarında vahid əməkhaqqının tətbiqinə gətirib çıxaracaq: “Komitəmizdə bu müzakirə edilib və müsbət qiymətləndirilib.

Komitə sədri Tahir Mirkişili də qanun layihələrini dəstəkləyib və təşəbbüsə görə, Azərbaycan Prezidentinə təşəkkür edib.

Daha sonra “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hesablama Palatası haqqında” və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.


Müəllif: Nemət