23 İyun 2022 13:00
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda yerləşən “İsmayıloğulları” Məhdud Məsuliyyətli Cəmiyyət qaydaları pozub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, MMC-nin qaydaları pozması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 347-ci (nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə protokol yazılıb.

İş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Araşdırılması üçün hakim Fərid Əmirəliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə olacaq.

Qeyd edək ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət yaranır.

Belə olan halda vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, “İsmayıloğulları” MMC paytaxtda böyük sərnişin daşıma şirkətlərindən biridir.

MMC paytaxtda fəaliyyət göstərən bir çox sərnişin daşıma marşuruatlarına nəzarət edir.


Müəllif: Hacı Zeynalov