Rəqəmsal İnkişaf İB-i “44 Günün Yaddaşı” adlı layihəsi çərçivəsində Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi, Vətən müharibəsi iştirakçılarının tanıdılması və eləcə də gənc nəslin vətənpərvərlik ruhunda inkişafını genişlətmək məqsədilə gənclərlə birlikdə uğurlu layihə həyata keçirdi.
Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid və ya qazi olmuş qəhrəmanlarımız yetişən gənclik üçün böyük vətənpərvərlik məktəbidir. Bu, bütün gənclərin, eləcə də təhsil sahəsində tələbə və şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan amildir.
Qeyd edək ki, bu gün biz azərbaycanlılar çoxəsrlik tariximizin ən şərəfli mərhələsini yaşayırıq. Bu şərəf hər bir gəncin qəlbində gələcəyə olan böyük inamdır.
"Gənclərimizə vətənpərvər ruhda inkişafına dəstək olmaq, onların vətənpərvərlik ruhunda tərbiyəsi hər zaman əsas hədəfimiz olmalıdır. Ölkə rəhbərinin gənclərə istiqamətlənən fikirləri də məhz gəncliyin milli ruhda yetişməsində əsas göstəricidir. Elə bu məqsədlə də Vətənimizin bütövlüyü uğrunda döyüşmüş qəhrəmanlar - rəşadətli ordumuz haqqında, uğurlu döyüşlər haqqında, zəfərə gedən şərəfli yol barədə xatirələrini gənclərlə bölüşmək məqsədi ilə interaktiv və sərbəst görüşlərin keçirilməsini böyük uğurla həyata keçirdik", deyə məlumatda qeyd olunur.
Məlumatda həmçinin bildirilir ki, rəşadətli ordumuzun qəhrəmanları ilə gəncləri bir arada toplayaraq 7 günlük Vətənpərvərlik Akademiyası təşkil olunub: " 7 gün ərzində gənclərlə qazilər birlikdə vətənpərvər mövzusunda maraqlı müzakirələr etdilər. Qarabağ müharibəsində vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən rəşadətli ordumuzun, həmçinin vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələri və qəhrəmanlıqları yad edildi. Qəhrəmanlarımız tərəfindən dinlədikləri uğurlu döyüşlər haqqında maraqlı sərbəst müzakirələr əminik ki, gənclər tərəfindən böyük sevgi ilə qarşılandı. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Təşkil olunan Vətənpərvərlik Akademiyası icrası nəticəsində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dövlətə və vətənə sevgi hissini formalaşması oldu.
Vətənpərvərlik Akademiyasının gündəlik görüşləri:
1-ci gün –Şuşa Fatehləri və gənclər
2-ci gün –Fizuli Fatehləri və gənclər
3-cü gün –Xocavənd Fatehləri və gənclər
4-cü gün –Kəlbəcər Fatehləri və gənclər
5-ci gün – Ağdam Fatehləri və gənclər
6-cı gün –Cəbrayıl və Zəngilan Fatehləri və gənclər
7-ci gün –Laçın - Qubadlı Fatehləri və gənclər
Akademiyanın son 7- günü bizimlə birgə iştirak edən gənclərlə birlikdə Şəhidimiz Əsəd Əsədlinin evini, valideynlərini ziyarət etdik.
Eyni zamanda şəhərimizin gənc vətənpərvərlərindən “GƏNCLƏRİN GÖZÜNDƏ QƏHRƏMAN” –
44GününYaddaşı haqqında gənclərimizdən vətən müharibəsində iştirak edən əsgərlərimizə göstərdikləri diqqət və qayğı barəsində sorğular aparıb video süjet hazırlandı.
Layihə dövründə əsas fəaliyyətlərimizdən biri olan “44GününYaddaşı” adlı veb səhifədə 44 günün xatirəsini yaddaşımıza daha dərin həkk etmək məqsədi və gələcək nəsilə ötürülməsinə təminat yaratmaq üçün məlumat bazası kimi hal-hazırda formalaşdırılır. Döyüş meydanlarında böyük şücaət göstərən igid əsgər və zabitlərimiz və eləcə də vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz haqqında geniş informasiya toplusu yaradılmaqda davam edir.
Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Veb səhifənin hazırlanması onların varlığı və qəhrəmanlıqları haqqında həm indiki gənc nəsilə və eləcə də gələcək nəsilə bir yaddaş kitabçası kimi təqdim olunacaq.