24 İyun 2022 11:29
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

"YAŞAT" Fonduna yarandığı gündən indiyədək 73 milyon 781 min manat toplanıb. Bu vəsaitin 61 milyon 114 min manatı xərclənib.

Teleqraf.com xəbər verir ki, bunu "YAŞAT" Fondunun fəaliyyətinə dair mətbuat konfransında "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, "YAŞAT" Fondu indiyədək 2 min 927 şəhid ailəsini ziyarət edib:

"Fond tərəfindən 5 min 599 qazi qeydə alınıb. Çağrı mərkəzinə 2021-ci ildən bu günə kimi 117 min 901, 2021-ci il yanvarın 1-dən bu günə qədər 33 min 265 müraciət daxil olub. Həftə ərzində isə 40-dan çox vətəndaş qəbulu hayata keçirilir".


Müəllif: Teleqraf.com