24 İyun 2022 14:40
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərsun Holdinq" MMC bu ilin aprel ayında Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki "Azərsun Sənaye Parkı”nda baş vermiş yanğına görə daşınar və daşınmaz əmlakına dəymiş ziyanı Almaniyanın "Hellman&Friedman" təkrarsığorta şirkəti ödəyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı biznes forumunda iştirak edən holdinqin baş icraçı direktoru Savaş Uzan bildirib.

S.Uzan yanğına görə sığorta ödənişi üçün müraciət etdiklərini bildirib:

“Bu işlər bir az vaxt alır, öncə rəsmi hesabatların açıqlanması lazımdır. Hazırda nəticələri, təzminatın ödəniləcəyini gözləyirik”.


Müəllif: Mənbə/Report