24 İyun 2022 15:43
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə Qəbələ rayonunda yerləşən Nohurgölün daşması ilə bağlı görüntü yayılıb.

Gölün daşması nəticəsində yaxınlıqdakı istirahət zonasını su basıb. Videoda uşaq əyləncə yerləri, attraksionlar və oturacaqların tamamilə su altında qalması əks olunub.

Teleqraf.com ərazidəki vəziyyətlə maraqlanıb.

Nohurgöldə fəaliyyət göstərən “Sahil” istirahət və əyləncə mərkəzinin nümayəndəsi Söhrab Əzizov gölün daşması nəticəsində ətrafın su altında qaldığını bildirib.

O, hazırda suyun tamamilə təmizləndiyini deyib: “İntensiv yağışlar səbəbindən göldə daşma olmuşdu. Təxminən 10 gün ərzində bu problem qaldı. Gölün daşması tez-tez baş vermir. Artıq ərazidə sular tam çəkilib, hər şey qaydasındadır.

Burada iki istirahət mərkəzi fəaliyyət göstərir, hazırda hər ikisi də işlək vəziyyətdədir. Bütün qonaqları qəbul edə bilirik. Demək olar ki, daşma istirahət mərkəzlərinə ciddi ziyan vurmayıb.

Hazırda mərkəzə yerli və əcnəbi qonaqlar olmaqla turist axını var”.


Müəllif: Yeganə Oqtayqızı