24 İyun 2022 16:26
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Speys TV-nin elan etdiyi “Vətən müharibəsi xatirələri” adlı müsabiqə sona çatıb.

Teleqraf.com xəbər verir ki, müsabiqəyə 44 günlük Vətən müharibəsində yaşananlardan bəhs edən 110 xatirə yazısı qəbul olunub.

Müsabiqənin nəticələri isə Azərbaycan televiziya məkanında ilk dəfə olaraq Speys TV-də canlı yayımda münsiflər tərəfindən elan edilib.

Beləliklə, əməkdar mədəniyyət işçisi Yusif Şeyxovun, yazıçı Şərif Ağayarın və şair Aqşin Yeniseyin təmsil olunduğu münsiflər heyətinin qərarı ilə müsabiqənin iki qalibi və bir nəfər müsabiqənin xüsusi mükafatçısı elan olunub.

Speys TV-nin yaydığı məlumatda bildirilir ki, müsabiqənin qalibləri Füzuli rayon sakini Tural Nəbiyev və yazıçı Cavid Zeynallı olub. Xüsusi mükafat isə həyat yoldaşı və qardaşı ikinci Qarabağ savaşının iştirakçısı olan Sürəyya Hümmətovaya təqdim edilib.

Xatırladaq ki, qaliblər diplom və pul mükafatı ilə təltif olunub.


Müəllif: Teleqraf.com