24 İyun 2022 17:53
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 26-sı axşamdan 30-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.

Bu barədə Teleqraf.com-a Milli Hidrometetorologiya Xidmətindən məlumat verilib.

Azərbaycan rayonlarında isə iyunun 29-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, 26-sı axşamdan 30-dək ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.


Müəllif: Teleqraf.com