24 İyun 2022 18:55
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib.

Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:

"Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!"


Müəllif: Teleqraf.com