Oxşar xəbərlər
Bu gün Nur-Sultanda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının növbəti V iclasında Özbəkistan Respublikası beynəlxalq təşkilatda rəsmi müşahidəçi statusu alıb.
Teleqraf.com xəbər verir ki, bununla əlaqədar Beynəlxalq Türk Akademiyasının binası qarşısında Özbəkistanın dövlət bayrağının təntənəli qaldırılması mərasimi keçirilib.
Qeyd edək ki, 2019-cu ildə Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən 8-ci Zirvə Görüşündə Özbəkistan Təşkilatın tamhüquqlu üzvü kimi qəbul edilib. Bundan sonra Özbəkistan tərəfi Türk Akademiyasında müşahidəçi dövlət statusunun alınması üçün rəsmi ərizə təqdim edib. Akademiyada müşahidəçi statusu alan ilk ölkə isə Macarıstan olub.