25 İyun 2022 00:14
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Azərbaycanı dəstəklədik, yanında olduq və bundan sonra da yanında olacağıq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Biz hər sahədə güclü olmalıyıq. Sülhün bərqərar olması, ölkəmiz üçün təhlükənin aradan qaldırılması üçün güclü olmalıyıq. Müdafiə sənayemiz, qəhrəman ordumuz, millətimizin mətanəti diplomatiyamızın arxasında duran ən böyük qüvvədir. Biz Suriyada, İraqda, Liviyada maraqlarımızı və təhlükəsizliyimizi qorumaq üçün hər yerdəyik. Biz meydandayıq, amma hər şeydən əvvəl o ölkələrin sülhü və sabitliyi üçün orada varıq", - deyə M.Çavuşoğlu bildirib.


Müəllif: Teleqraf.com