25 İyun 2022 16:48
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası növbəti həftə daha 2 rayon və 2 şəhərdə baş tutacaq.

Bu barədə Teleqraf.com-a İstehsalat Birliyindən məlumat verilib.

“Açıq mikrofon” aksiyası iyunun 28-də və iyulun 1-də keçiriləcək.

Həftənin ikinci günü saat 11:00-da Gəncə şəhərində (Qələbə Parkı), 3-cü günü saat 11:00-da Samux rayonunda ( Arif Nəbiyev 54, İcra nümayəndəliyi), 4-cü günü 15:00 da Goranboy rayonunda (Gənclər Parkı), 5-ci günü saat 11:00-da Naftalan şəhərində (Nəriman Nərimanov Parkı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Müəllif: Yeganə Oqtayqızı