“Kurtlar vadisi” teleserialında canlandırdığı “Tuncay Kantarcı” obrazı ilə tanınan aktyor Osman Vöber bu gün vəfat edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə türkiyəli aktyor Zafer Algöz məlumat yayıb.
O qeyd edib ki, O.Vöber infarktdan dünyasını dəyişib.
Onun 62 yaşında dünyasını dəyişdiyi qeyd olunub.