26 İyun 17:40
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada 1 475 nəfər vaksinasiya olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 171, ikinci doza vaksinləri sayı 127-dir.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 050-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 127 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 762 091, birinci doza peyvəndlərin ümumi sayı 5 353 536, ikinci doza vaksinlərin sayı 4 853 215 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 306 428, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 248 912 olub.


Müəllif: Teleqraf.com