28 İyun 2022 14:59
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan məktəblərindən birində şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunan mahnı oxudulması görüntüləri araşdırılır.

Teleqraf.com xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, nəticə barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi güman olunur. Videoda müəllim şagirdlərlə birlikdə Xameneyiyə həsr olunmuş “Salam fərmandeh” mahnısını ifa edir. Görüntülər sosial şəbəkələrdə etiraza səbəb olub.


Müəllif: Mənbə/Report