29 İyun 2022 11:13
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” qərara dəyişiklik edilməsi barədə layihə Milli Məclisdə müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, layihə haqqında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.

O deyib ki, komissiyanın əsasnaməsinə görə, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının 5 üzvü Milli Məclis tərəfindən müəyyən edilir:

“Milli Məclis daxilində struktur dəyişikliyi səbəbindən buna ehtiyac yaranıb. Əgər fərqli fikir yoxdursa, layihəni səsverməyə təqdim edək”.

Daha sonra qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.


Müəllif: Nemət