29 İyun 2022 11:19
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Komitə sədri bildirib ki, büdcə sənədi parlamentdə geniş müzakirə edilib, onlarla deputat bu barədə fikrini söyləyib.

O, həmkarlarını layihəni dəstəkləməyə dəvət edib.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Müəllif: Nemət