29 İyun 2022 14:10
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 2-dən 6-dək ATƏT Parlament Assambleyasının yay sessiyası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, sessiyada iştirak etmək üçün Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev, nümayəndə heyətinin üzvləri - parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Tural Gəncəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə, Ağalar Vəliyev iyunun 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Birminhem şəhərinə səfər edəcəklər.

Sessiya çərçivəsində ATƏT PA-nın Daimi komitəsinin, qurumun Siyasi məsələlər və təhlükəsizlik, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitələrinin toplantıları keçiriləcək.

Nümayəndə heyətimizin üzvləri tədbirlərdə iştirak edəcək, müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.


Müəllif: Nemət