29 İyun 2022 17:23
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində fəaliyyəti göstərən avtobuslardan birində sürücü ilə qadın sərnişin arasında insident yaşanıb. Bu gün sosial şəbəkələrdə yayılan görüntü 13 gün əvvəl baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məlumat verib.

Beləki, mübahisə zamanı bir-birinə nalayiq ifadələr işlətdikdən sonra tərəflər arasındakı mübahisə əlbəyaxa davaya çevrilib. Bu dəfə qadın sərnişin sükan arxasında olan sürücüyə hücum edib. Sürücü isə əsəbiləşərək qadını itələyib. Bu zaman qadın sərnişin müqavimətini itirərək avtobusun qapısından çölə yıxılıb. Nəticədə qadın sərnişin xəsarət alıb.

Eyvaz Qocayev həmçinin qeyd edib ki, insident şəhərdaxili avtobusda baş verib.

“Hadisə 13 gün əvvəl, şəhərdaxili avtobusda baş verib. Artıq sürücünün polis tərəfindən ifadəsi alınıb və o, işdən azad edilib. Qadın sərnişin isə yüngül xəsarət alıb, o ambulator müayinə edilərək evə buraxılıb. Hazırda sağlamlığı ilə bağlı heç bir problemi yoxdur”.


Müəllif: Teleqraf.com