29 İyun 2022 23:33
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində vətəndaşlarla növbəti, sayca 97-ci görüş Samux rayonunda baş tutub.

Teleqraf.com xəbər verir ki, Birliyinin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev və Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların qaz təsərrüfatına dair problem və təkliflərini dinləyiblər.

Sakinlər küçə qaz xəttinin çəkilməsi, sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz olunması, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər ediblər. Ünvanlanan müraciətlərin qeydiyyata alınaraq araşdırılması üçün tapşırıq verilib. Vətəndaşlara daxil olan müraciətlərin Birlik rəhbərinə çatdırılacağı ilə bağlı məlumat verilib.


Müəllif: Teleqraf.com