29 İyun 2022 23:20
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yüzlərlə “Space”çinin gözlədiyi gün gəldi. Bəzilərinin “batdı” dediyi yığılıb qalan əmək haqlarımızı aldıq”.

Teleqraf.com "Publika.az"a istinadən xəbər verir ki, bu sözləri Space TV-nin əməkdaşı olan Rahib Səfərov öz “Facebook” profilində paylaşıb.

O bildirib ki, uzun müddətdir yığılan maaşlarını nəhayət ki alıblar.

Paylaşımı təqdim edirik:

“Nəhayət, yüzlərlə “Space”çinin gözlədiyi gün gəldi. Bəzilərinin “batdı” dediyi yığılıb qalan əmək haqlarımızı aldıq. Müşfiq Hətəmov “Space TV”yə rəhbərlik etdiyi dövrdən bu kanal yenidən dirildi və heç kəsin zəhməti batmadı. Bundan sonra da kanal yeni-yeni layihələrlə qarşınızda olacaq və biz “Space”çilər də daha əzmlə çalışacağıq”.


Müəllif: Teleqraf.com