30 İyun 2022 23:44
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYP) rəisi vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən DYP rəisi Emin Musayev tutduğu vəzifədən azad olunub. Nazirin digər əmri ilə o, Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Musayev bir vaxtlar Gəncə şəhərinin rəisi olmuş, mərhum Rasim Musayevin qardaşı oğludur.


Müəllif: Teleqraf.com