1 İyul 2022 09:14
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarını açıqlayıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, hazırda yollarda vəziyyət aşağıdakı kimidir:

1. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

2. Moskva prospektində Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq

3. Bakı-Sumqayıt şossesində– Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq

4. Tbilisi prospektində 20 Yanvar dairəsidən başlayaraq, Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunur.


Müəllif: Teleqraf.com