1 İyul 2022 12:49
254
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Uşaqlar arasında yayılan virus mövsümüdür".

Teleqraf.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir məsələ ilə bağlı valideynlərə müraciət edib.

O qeyd edib ki, uşaqları vaxtlı-vaxtında həkim müayinəsindən keçirmək lazımdır: "Təbii ki, müxtəlif xəstəliklər də ola bilər. Lakin bu günə kimi müşahidə etdiyimiz klassik mövsümü artmalardır. Yəni burada hər hansı spesifik yoluxucu xəstəliyin mövcudluğundan danışmaq lazım deyil".


Müəllif: Teleqraf.com